Meksikada pilot təyyarənin idarəsini müğənni və serial aktrisası Esmeralda Uqaldeyə verib. Həmin vaxt təyyarədədə 128 nəfər olub.
Teleqraf.com-un “The Telegraph”a istinadən məlumatına görə, insident Kankun-Mexiko reysi zamanı baş verib. Pilot Uqaldenin israrları qarşısında razılaşaraq onu pilotların oturduğu yerə buraxıb. Kabinada həmçinin aktrisanın 19 yaşlı rəfiqəsi də olub.
Sonuncu onun başında pilot papağı ilə bir neçə şəklini çəkib. Qalmaqal isə aktrisanın bu fotoları sosial şəbəkədə paylaşmasından sonra yaşanıb. "Twitter"də fotolarını paylaşan Esmeraldanın 40 minə yaxın izləyicisinin olması qalmaqalın daha da böyüməsinə səbəb olub.
Nəticədə pilotu işdən azad ediblər. Aktrisanın rəfiqəsi isə bildirib ki, insident təyyarə yerdə olanda baş verib. Pilot özü isə qaydanı pozduğunu etiraf edib və işdən azad edilib.