BAKI, 15 yanvar. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.
Teleqraf xəbər verir ki, fərman “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqındadır.
Fərmandan irəli gələrək “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz ediləcək.