Azərbaycan Respublikasında ictimai mənəviyyatı və milli-mənəvi dəyərləri qorumaq məqsədilə qanunvericiliyə dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib.

Qanuna əlavə edilən 13-2.3.6-1-ci maddəyə əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin təsvirinə və ya yayımına yol verilməyəcək. Buraya əxlaqsız ifadələrin səsləndirilməsi, qeyri-etik jestlərin edilməsi, həmçinin insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi ilə bağlı məlumatlar daxildir.