BAKI, 14 yanvar. TELEQRAF
Azərbaycan ədəbi mühitini qlobal ədəbi mühitə uyğun inkişaf etdirmək, ədəbi əsərlərin yaradılması prosesinin nəşriyyat işi dəyər zəncirinə daxil edilməsini asanlaşdırmaq və tanınmış xarici ədiblərin təcrübəsindən yararlanmaq məqsədilə “Ədiblər Azərbaycanda” (“Writers in Residence in Azerbaijan”) layihəsi təsis ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.