BAKI, 14 yanvar. TELEQRAF

Azərbaycan dili beynəlxalq aləmdə təbliğ və təşviq ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.

Bildirilib ki, konsepsiyada Azərbaycan dilinin inkişafı, o cümlədən beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilində elmi, elmi-publisistik və bədii əsərlərin sayının və keyfiyyətinin artırılması əks olunub.