BAKI, 14 yanvar. TELEQRAF
“Şuşa Otel-Konqres Mərkəzi Kompleksi” müqavilə əsasında idarəetməyə verilir.
Teleqraf xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, Şuşa şəhərində yerləşən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin müqavilə əsasında idarəetməyə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təklifi qəbul edilir.
Bununla bağlı müqavilənin İqtisadiyyat Nazirliyi tərəfindən bağlanılması iki ay müddətində təmin edilməlidir.