BAKI, 10 dekabr. TELEQRAF

Prezident İlham Əliyev 2026-cı ildə keçiriləcək növbəti “Yüksəliş” müsabiqəsi ilə bağlı maliyyələşmə və təşkilati məsələlərlə bağlı sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, sərəncama əsasən, müsabiqənin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.

Maliyyələşməni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təmin edəcək.

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi sərəncamdan irəli gələn məsələlərin icrasını təmin edəcək.