BAKI, 10 dekabr. TELEQRAF
Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, 2006-cı il 14 iyun tarixli 144 nömrəli qərarla təsdiqlənmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” sənədin “Kollegiyanın üzvləri” bölməsinin 8-ci abzasından “Dövlət Bədən Tərbiyəsi və” sözləri çıxarılıb.