BAKI, 10 dekabr. TELEQRAF
Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən:
- Siyahının 1-ci hissəsi ləğv edilib.
- “Uşaq Sosial-Psixoloji Reabilitasiya və İdman Sağlamlıq Mərkəzi (Buzovna qəsəbəsi)” siyahıdan çıxarılıb.
- Siyahıya 11 yeni “Gənclər evi” sosial xidmət müəssisəsi əlavə olunub:
Astara, Füzuli, Goranboy, Kürdəmir, Lənkəran, Sabirabad, Siyəzən, Zərdab, Pirallahı, Quba və Tərtər Gənclər evləri.
- Bir sıra idman müəssisələrinin adı hüquqi statusu göstərilməklə dəyişdirilib (“MMC” forması əlavə olunub).
- Siyahıya əlavə olunan yeni qurumlar bunlardır:
Bakı Olimpiya İdman Kompleksi, Neftçala Olimpiya İdman Kompleksi, Maştağa Olimpiya İdman Kompleksi, Salyan Olimpiya İdman Kompleksi, Boradigah İdman Zalı, Voleybol Mərkəzi, Şüvəlan Ağırlıqqaldırma Mərkəzi, Qarabağ İdman Obyektləri MMC və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti.
- “Milli İdman Tibb və Reabilitasiya İnstitutu”nun adı dəyişdirilərək “Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu” müəyyən edilib.
- Siyahıya yeni qurum əlavə olunub: Azərbaycan İdman Akademiyası.