BAKI, 10 dekabr. TELEQRAF
Nazirlər Kabineti Milli Arxiv İdarəsinin tabeliyindəki qurumların siyahısında dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, 2011-ci il 25 aprel tarixli 57 nömrəli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda “Naxçıvan Muxtar Respublikasının arxiv idarələri” hissəsi ləğv edilir.