BAKI, 10 dekabr. TELEQRAF

Nazirlər Kabineti sənədlərin saxlanması, komplektləşdirilməsi və mühafizəsi qaydalarına dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Dəyişikliyə görə:

Təbii inhisar subyektlərinin istehsal etdiyi məhsulların siyahısı;

Bu məhsullar üzrə qiymətlərin (tənzimlənən və tənzimlənməyən qiymətlərin fərqləndirilməsi ilə) siyahısı;

Müştərilərin məhsulları əldə etməsi (qoşulma və istifadəsi) üçün tələb olunan şərtlər;

Müqavilənin forması və bağlanılması qaydası;

Müştəri şikayətlərinin edilməsi qaydası

barədə məlumatların sənəd tələblərinə daxil edilməsi nəzərdə tutulur.