BAKI, 10 dekabr. TELEQRAF

Nazirlər Kabineti icra məmurlarının fəaliyyəti və üzərinə həbs qoyulmuş əmlakın saxlanması ilə bağlı qaydalarda dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən:

“İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişiklik edilib – sənəddə “qurumunun” sözü “xidmətinin” sözü ilə əvəz olunub.

“Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydası və şərtləri”nə düzəlişlər olunub – müvafiq hissələrdə də “qurumunun” ifadəsi “xidmətinin” sözü ilə əvəz edilib.