BAKI, 8 dekabr. TELEQRAF

Nazirlər Kabineti xüsusi icra məmurlarının xidmət haqqının hesablanması ilə bağlı yeni meyar və hədləri təsdiqləyib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə və 2025-ci il 14 iyul tarixli “Xüsusi icra məmurları haqqında” Qanunun icrası ilə bağlı qəbul olunub.

Yeni qərara əsasən, xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri, standart haqq üzrə avansın məbləği, həmçinin əlavə icra haqqının hesablanması meyarları və hədləri təsdiqlənib.