BAKI, 8 dekabr. TELEQRAF

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının tərkibində dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Şuranın üzvlərindən ibarət tərkibin bir neçə abzasında dəyişiklik edilib və yeni redaksiyada təsdiqlənib.

Belə ki:

Ceyhun Rafiq oğlu Həsənov – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının Makroiqtisadi Proqnozlaşdırma və Təhlil Şöbəsi müdirinin müavini, iqtisadi statistika sektorunun müdiri;

Samir Allahverən oğlu Hüseynzadə – Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini, Hüquq və sosial tərəfdaşlıq şöbəsinin müdiri;

Cəlal Rövşən oğlu Abdullayev – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hüquq məsələləri üzrə meneceri Şuranın üzvü kimi yenidən təsdiqləniblər.