BAKI, 8 dekabr. TELEQRAF
Bitki və bitkiçilik məhsullarına dair daxili karantin və ixrac fitosanitar sertifikatlarının verilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən:
“Bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının, həmin məhsulların ixracına (təkrar ixracına) fitosanitar sertifikatının verilməsi Qaydası” təsdiqlənib;
2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərara dəyişikliklər edilib;
Fitosanitar nəzarəti ilə bağlı əvvəlki qərardakı bir sıra maddələr və sertifikat formalarının qeyd edildiyi əlavələr sənəddən çıxarılıb.
Yeni qaydalar yerli və ixrac olunan bitki və bitkiçilik məhsullarının fitosanitar nəzarət mexanizminin təkmilləşdirilməsinə xidmət edir.