BAKI, 5 dekabr. TELEQRAF

Prezident İlham Əliyev sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması məqsədilə “Etibarlı Tərəfdaş Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, sənədə əsasən:

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib;

Konsepsiyanın icrası və əlaqələndirilməsi Nazirlər Kabinetinə həvalə olunub;

Nazirlər Kabineti tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Prezidentə məlumat təqdim edəcək;

Konsepsiyada nəzərdə tutulan tədbirlərin monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.