BAKI, 4 dekabr. TELEQRAF

“AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sənədə əsasən:

Maliyyə Nazirliyi tərəfindən Şurada təmsil olunan Vüqar Məcidlinin yerinə Mehman İsmayılov təyin edilib.

Azərbaycan İnvestisiya Holdinqinin nümayəndəsi Rəşad İsmayılovun yerinə Əli Cəfərov Müşahidə Şurasının üzvü olub.