BAKI, 1 dekabr. TELEQRAF

“Azərbaycan Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2010-cu il 6 aprel tarixli 55 nömrəli qərarla təsdiqlənmiş siyahının 2-ci hissəsi yeni redaksiyada verilib. Beləliklə, siyahıya “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti daxil edilib.