BAKI, 1 dekabr. TELEQRAF

"Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiqlənmiş siyahının on dördüncü sətrinə “gözün buynuz qişası” ifadəsindən sonra “sümük iliyi” sözləri əlavə edilib.