BAKI, 1 dekabr. TELEQRAF
2025-ci il sentyabrın 20-də imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq təsdiqlənib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Sənədə əsasən, saziş qüvvəyə mindikdən sonra Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ruanda Hökumətinə bildiriş göndərməlidir.