
BAKI, 20 fevral. TELEQRAF
Prezident İlham Əliyev fevralın 20-də Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncama əsasən, “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin və Muzey Kompleksinə daxil ediləcək digər dövlət əmlakı Mədəniyyət Nazirliyinin balansına verilir.
Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll etməlidir.