BAKI, 29 avqust. TELEQRAF
Buçada ölənlərin sayı 37-yə yüksəlib, axtarışlar davam edir.
Teleqraf "Ukrainska Pravda"ya istinadla xəbər verir ki, Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bu rəqəmin hələ də yekun sayı ifadə etmədiyini bildirib.
"Çünki xilasedicilər dağılan 50-yə yaxın yaşayış evinin qalıqları altında intensiv axtarış işlərini davam etdirirlər", - o əlavə edib.
Fəlakət zamanı 4-ü uşaq olmaqla, 42 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Hadisə yerindən ümumilikdə 381 sakin təxliyə edilib.
Xatırladaq ki, həlak olanlar arasında Dmitrovka icmasının rəhbəri Taras Didıç da var.
***
13:29
Rusiyanın Kiyev vilayətinin Buça rayonuna endirdiyi hava zərbələri və ardınca baş verən güclü partlayışlar nəticəsində həlak olanların sayı 27 nəfərə çatıb.
Teleqraf "Ukrainska Pravda"ya istinadla xəbər verir ki, bu barədə Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
Onun sözlərinə görə, ölənlərin sayı hələ yekun deyil, çünki dağıntılar altında axtarışlar davam edir
Hücum nəticəsində 4-ü uşaq olmaqla 42 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 7 nəfər xəstəxanaya yerləşdirilib. Fövqəladə hadisə zonasından 381 sakin, o cümlədən 59 uşaq təxliyə edilib, 50-yə yaxın yaşayış evinə ciddi ziyan dəyib.
Xatırladaq ki, avqustun 28-i axşam saatlarında Buça rayonunda anbar binasının vurulması ilə başlayan güclü yanğın və partlayışlar səbəbindən strateji "Kiyev-Çop" magistral yolunun böyük bir hissəsi hərəkət üçün tamamilə bağlanıb.