BAKI, 18 may. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 mayda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.
Bildirilib ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.