BAKI, 21 aprel. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 9, 10 və 11 may tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Qurumdan Teleqraf-a verilən məlumata görə, bu tarixlərdə Bakıdan Qəbələyə və əks istiqamətdə səfərlər təşkil ediləcək.
Səfərlər Bakı-Qəbələ istiqaməti üzrə saat 07:30-da, Qəbələ-Bakı istiqaməti üzrə isə saat 19:00-da yola düşəcək.