BAKI, 20 aprel. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə mayın 10-da Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Qurumdan Teleqraf-a verilən məlumata görə, həmin gün qatarlar bu marşrutla hər iki istiqamətdə hərəkət edəcək.

Səfərlər Bakı-Ağdam istiqaməti üzrə saat 07:10-da, Ağdam-Bakı istiqaməti üzrə isə saat 18:10-da yola düşəcək.