BAKI, 6 aprel. TELEQRAF

Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 11 və 12 aprel tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Qurumdan Teleqraf-a verilən məlumata görə, sözügedən reyslər üzrə biletləri sərnişinlər 10 faiz endirimlə əldə edə biləcəklər. Endirimli biletlər dəmiryol kassalarında, ADY-nin rəsmi internet saytında və “ADY Mobile” tətbiqi vasitəsilə satışdadır.

Bildirilib ki, əlavə reyslər artan sərnişin axınının qarşılanmasına xidmət edir və vətəndaşların daha rahat səfər etməsinə şərait yaradır.

Qeyd edək ki, bu istiqamət üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik qatar səfərləri təşkil olunur.