BAKI, 6 aprel. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 24% daha çox sərnişin daşıyıb.

Bu barədə Teleqraf-a ADY-dən bildirilib.

Məlumata görə, qeyd olunan dövrdə Bakı-Qazax-Bakı (102 723 nəfər) və Bakı-Balakən-Bakı (21 812 nəfər) marşrutları ilə səfər etmiş sərnişinlərin sayında müvafiq olaraq 8% və 18% artım qeydə alınıb.

Eyni zamanda, 2026-ci ilin mart ayında daşınmış ümumi sərnişin sayı 2025-ci ilin analoji dövrünün göstəricisini 27 faiz üstələyib.