BAKI, 31 mart. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 19-30 mart tarixlərində 212 mindən çox sərnişin daşıyıb.

ADY-dən Teleqraf-a verilən məlumata görə, rayonlararası sərnişindaşımada Bakı-Qazax-Bakı (o cümlədən Bakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu üzrə 21 963 nəfər daşınıb.

Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı qatarlarından ümumilikdə 8984 sərnişin istifadə edib.

Bakı-Ağdam-Bakı marşrutunda isə bu göstərici 1561 nəfər olub.