BAKI, 2 mart. TELEQRAF

Bəzən ictimaiyyət arasında belə bir yanlış fikir formalaşır ki, yerin üzərində baş verən səthi çökmələrin hər biri Metropolitenə görə olur, lakin bu belə deyil.

Teleqraf xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Həzi Aslanov stansiyasının dalan yolunun tavan hissədə gücləndirmə işləri başa çatmaq üzrədir və bu hissə xüsusi müasir inşaat materialı olan karbon lifli izolyasiya qatı ilə təmin olunacaq:

“Bu isə həm tavanın dayanıqlığını, həm də kənar təsirlərinin azaldılmasını təmin edəcək. Son mərhələ olaraq infrastrukturun qurulması işlərinə başlanacaq. Bu işlərə aprel ayından başlanacaq və yol infrastruktürünün qurulması haparlacaq. Yol infrastrukturu ən müasir avadanlıqlarla təmin olunacaq. Burada dəmir-beton bloklar üzərində inşaat işlərinin aparlılması və qatarların 4 xüsusi yolda dayanması üçün şəraitin yaradılması infrastrukturu olacaq”.

O bildirib ki, bəzən, ictimaiyyət arasında sərnişinlərimiz metronun “Həzi Aslanlov 2”stansiyası ilə bu dalan yolu qarışıq salınır.

“Həzi Aslanov 2” şərti adı ilə tanınan stansiyanın inşaat işləri Bakı Metropolitenində 2025-2030-cu illər dövlət proqramı çərçivəsində inşa olunan 10 stansiyadan biri olacaq və onun inşası məhz həmin dövlət proqramına uyğun olaraq yekunlaşdırılacaq. Hazırda “Həzi Aslanov” stansiyasının dalan yolunda inşaat işlərinin əsas mərhələsi başa çatmaq üzrədir. 3 stansiyadan ibarət olan inşaat işlərinin sonuncu mərhələsi icra olunmaqdadır. Yan divarlar təxminən 1,5-2 metr civarında gücləndirməyə cəlb olunub, daha sonra isə yan divarların ön hissəsində 30 sm qalınlığında sökülmə və daha sonra yeni divarın inşası işləri aparılıb”.

Metro rəsmisi vurğulayıb ki, bu inşaat işləri stansiyanın dalan yolunun, infrastrukturunun möhkəmliyini, uzunömürlüyünü təmin edəcək. Eyni zamanda gücləndirmə tədbirləri isə ətraf ərazilərə daxil olmaqla həm metro infrastrukturuna, həm də ətraf ərazilərə təsirlərin qarşısını alacaq.

“Artıq döşəmə və yan divarlar hissəsində gücləndirmə işləri tam olaraq başa çatdırılıb və ilk iki mərhələ üzrə, yəni tunellərin təxminən 130 metrdən artığında gücləndirmə ilə əlavə divarların qurulması işləri də başa çatdırılıb. Həmin hissədə orta iki divarın inşası işləri də başa çatdırılıb və nəhayət sonuncu mərhələ üzrə işlərin tamamlanması üçün hazırlıq tədbirləri bitdikdən sonra divarların möhkəmləndirilməsi və bəzi hissələrin yerindən qurulmasına başlanılacaq.