BAKI, 21 fevral. TELEQRAF

Fevralın 23-dən etibarən Sumqayıt–Laçın istiqamətində müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq.

Teleqraf xəbər verir ki, marşrut Xocalı, Xankəndi və Şuşa şəhərlərindən keçəcək. Reys hər gün həyata keçiriləcək.

Hərəkət cədvəlinə əsasən, avtobus Sumqayıt Avtovağzalından Laçın istiqamətində saat 07:00-da, Laçından isə Sumqayıt Avtovağzalına saat 17:00-da yola düşəcək.

Gedişhaqqı Sumqayıt–Laçın marşrutu üzrə 16,60 manat, Sumqayıt–Xocalı üçün 14,30 manat, Sumqayıt–Xankəndi üçün 14,80 manat, Sumqayıt–Şuşa üçün isə 15,20 manat müəyyən edilib.

Biletləri yalnız onlayn “biletim.az” portalı və mobil tətbiqi üzərindən əldə etmək mümkündür. Azərbaycan vətəndaşları üçün işğaldan azad edilmiş ərazilərə buraxılış icazəsi sistem tərəfindən avtomatik təqdim olunur.