BAKI, 21 fevral. TELEQRAF

2026-cı ilin yanvarında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 658,8 min ton təşkil edib və əvvəlki ilin yanvar ayına nisbətən 20,1 faiz azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, yüklərin 60,1 faizini neft yükləri təşkil edib. Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2025-ci ilin yanvarına nisbətən 29,6 faiz azalaraq 1,9 min nəfər olub.

Dəniz limanları tərəfindən 916,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 705,9 min tonunu və ya 77 faizini tranzit yüklər təşkil edib. 2026-cı il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 9,8 min ton olmuşdur.