BAKI, 18 fevral. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) fevralın 17-dən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün vahid bilet satışına başlayıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, bu marşrut üzrə ADY-nin saytından və ya “ADY Mobile” tətbiqindən transferli vahid bilet təklif olunur.
İstiqamət aşağıdakı kimidir:
- Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət;
- Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.
Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə həftəsonu səfərlər üçün həm də standart bilet seçimi etmək mümkündür.