BAKI, 18 fevral. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 21 və 22 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
Qurumdan Teleqraf-a verilən məlumata görə, qatarlar fevralın 21-də Bakı-Ağstafa istiqamətində saat 09:15-da, fevralın 22-də Ağstafa-Bakı istiqamətində isə 15:00-də hərəkət edəcək.
Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.