BAKI, 4 fevral. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Teleqraf xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, sərnişinlər eyni zamanda bu istiqamət üzrə gündəlik fəaliyyət göstərən Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.