BAKI, 2 fevral. TELEQRAF

Hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) 14 362 əməkdaşından 3 190 nəfəri, yəni 22,2%-i 35 yaşadək gənclərdir.

Bu barədə Teleqraf-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə ADY gənclərin inkişafına yönəlmiş bir sıra layihələr həyata keçirib. Belə ki, 14 əmək yarmarkasında yüzlərlə gəncə ADY-də mövcud iş imkanları barədə ətraflı məlumat verilib, 50 tələbə və yeni məzun yay təcrübə proqramına cəlb edilib, onlardan 14 nəfəri artıq ADY komandasının üzvünə çevrilib,
Gənclər üçün “Açıq qapı” günləri və ekskursiyalar təşkil olunub, dəmir yolu sektorunun ekoloji üstünlükləri və innovativ həlləri təqdim edilib.