TBİLİSİ, 22 avqust. TELEQRAF

Bu ilin II rübündə Gürcüstanın dəmir yolu nəqliyyatı ilə 3,2 milyon ton yük daşınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə göstəricidə 9,4% azalma qeydə alınıb.

Yüklərin 7,1%-ni ölkədaxili, 33,8%-ni beynəlxalq, 59,1%-ni isə tranzit daşımaları təşkil edib.

Hesabat dövründə Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 30,3%-i Azərbaycandan, 32,9%-i isə Rusiyadan göndərilib. Bu ilin I rübü ilə müqayisədə Azərbaycanın payı 7,1% artıb.

Aprel-iyunda ümumi yükdaşımaların 37,5%-ni koks və emal olunmuş neft məhsulları, 20,8%-ni kimya, kimya məhsulları və süni liflər, rezin və plastik məmulatlar, 10,7%-ni isə metal filizləri və digər mədən və karxana məhsulları təşkil edib.