BAKI, 17 fevral. TELEQRAF
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə 2024-cü ildə 28 392 nəfər sərnişin daşınıb. Bu, 2023-cü illə müqayisədə 20% artım deməkdir.
Teleqraf xəbər verir ki, sərnişinlərin 9 746-sı Kurık-Ələt, 1220-si Türkmənbaşı-Ələt, 14 834-ü Ələt-Kurık, 2 552-si Ələt-Türkmənbaşı istiqamətində daşınıb.
Xatırladaq ki, karantin rejimi ilə əlaqədar hazırda bərə ilə ölkəni tərk etmək istəyən Azərbaycan vətəndaşları üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur. Xarici ölkə vətəndaşlarının ölkədən çıxarkən bu icazəni təqdim etməsinə ehtiyac yoxdur. Azərbaycana bərə ilə gəlmək istəyən həm Azərbaycan, həm də xarici vətəndaşlar isə eyni icazəni almalıdırlar.