TBİLİSİ, 10 fevral. TELEQRAF

Azərbaycanda taksi xidməti Gürcüstan və Türkiyə ilə müqayisədə daha ucuzdur.

Teleqraf xəbər verir ki, bu barədə “Numbeo” statistika resursunun hesabatında deyilir.

Yenilənmiş siyahıya əsasən, Gürcüstanda taksi ilə 1 kilometr üçün daşınma tarifi 72 sent (1.22 AZN) təşkil edir. Bu göstərici ilə qonşu ölkə siyahıda 98 ölkə arasında 72-ci yeri tutub.

Azərbaycanda və Türkiyədə isə 1 kilometr üçün gediş haqqı müvafiq olaraq 59 sent (1 AZN) və 64 (1,08 AZN) sentə bərabərdir. Azərbaycan siyahıda 79, Türkiyə isə 77-ci yerdə qərarlaşıb.

“Numbeo”ya əsasən, dünyada taksi xidməti ən baha olan ilk üç ölkə İsveçrə (4,29 ABŞ dolları/7,29 AZN), Lüksemburq (3,67 ABŞ dolları/6,23 AZN) və Küveyt (3,24 ABŞ dolları/5,50 AZN), ən ucuz olan ilk üç ölkə isə Hindistan (29 sent/49 qəp), Moldova (26 sent/44 qəp) və Filippindir (26 sent/44 qəp).

Qeyd edək ki, siyahıda Ermənistanla bağlı məlumat yer almayıb.