BAKI, 12 fevral. TELEQRAF

Azərbaycanda 35 illik dostunun şikayəti əsasında mühakimə edilən 71 yaşlı Nazim Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə onun barəsində bəraət verib.

Qeyd edək ki, Nazim Xudaverdiyev “Our Orchards” MMC-nin idarə heyətinin sədri olub.

İttihama görə, o, sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurub.

N.Xudaverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub.