BAKI, 9 fevral. TELEQRAF
Müdafiə Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 23-nə təyin olunub.
Qeyd edək ki, İlham Haqverdiyevin barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, o, Hərbi Prokurorluq tərəfindən məsuliyyətə cəlb olunub. İttihama görə, o, rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.