BAKI, 17 dekabr. TELEQRAF

12 il əvvəl Rusiyada təcavüz, zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə ittiham aktı elan olunub.

İttihama görə, qətl 2013-cü il iyunun 25-də Tatarıstan Respublikası ərazisində baş verib.

Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyev törətdikləri ağır cinayəti gizlətmək məqsədilə Rusiya vətəndaşı Azaliya Asanovanı boğaraq öldürüblər.

İstintaq araşdırmaları ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər Azaliya Aslanovanı qətlə yetirməmiş ona qarşı cinsi zorakılıq tətbiq ediblər. Qadını qətlə yetirdikdən sonra cinayətin izini itirmək məqsədi ilə meyiti əvvəlcədən qazdıqları quyuda basdırıblar.

Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Məhkəmədə təqsirləndirilən Seymur Məmisov sərbəst ifadə verib: "Elxanla bir yerdə isləyirdik, suvaq vururduq. Azaliyanı əvvəldən taniyırdıq. Onu dəvət edib qarşıladiq. Birlikdə yemək yeyib, spirtli içki qəbul etdik. Elxan onunla intim əlaqədə olmaq üçün digər otağa kecdi. Bir qədər sonra Azaliyanın qışqıraraq Elxana yalvardığını eşitdim. Qız onu buraxmağına görə yalvarırdı. Onu zorladığımıza görə bizdən polisə şikayət edəcəyini dedi. Onu öldürmək qərarına gəldik".

Təqdirləndirilən şəxs bildirib ki, Elxanla yenidən həmin otağa qayıdıb, Azaliyanın boğazından tutaraq boğmaga başlayıb. Elşən Məmişov da qızın ayaqlarından tutaraq hərəkətinin qarşısını alıb.

Növbəti prises yanvarin 14-nə təyin edilib.