BAKI, 30 aprel. TELEQRAF
Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən Musa Əhmədov və Elçin Hüseynovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Teleqraf-ın xəbərinə görə, hər iki şəxsin barəsində həbs qətimkan tədbirinin müddəti iyunun 5-nə qədər uzadılıb.
***
16.00
Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançı Elnur Həmidov barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Teleqraf xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı təqdimata baxılıb.
Elnur Həmidov barəsində seçilmiş həbs qətimkan tədbirinin müəddəti iyunun 5-nə qədər uzadılıb.
Hazırda digər şəxslərlə bağlı təqdimata baxılır.
Xatırladaq ki, sonuncu dəfə Xətai rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin barəsindəki həbs-qətimkan tədbirinin müddəti mayın 5-dək uzadılmışdı.
Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.