Türkiyəli aktrisa Demet Özdemir keçmiş həyat yoldaşı Oğuzhan Koçun evindən çıxarkən görüntülənib.

Teleqraf.com xəbər verir ki, Demet Özdemir keçmiş həyat yoldaşının evinə getməsinin səbəbini açıqlayıb: "Bir neçə əşyam qalmışdı, onları götürdüm. Şəxsi məlumatımı paylaşa bilmərəm".

Aktrisa media nümayəndələrinin "Oğuzhan Koç ilə dost qala bildinizmi" sualına "Onsuz da heç bir zaman münasibətimiz pis olmayıb",-deyə cavab verib.