BAKI, 31 mart. TELEQRAF

Azərbaycanda üç lizinq şirkəti ləğv olunduğunu elan edib.

Teleqraf xəbər verir ki, “GM Lizinq” MMC, “Universal Lizinq” MMC və “NM Lizinq” MMC-nin kreditorları iki ay müddətində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 (AZ1069) ünvanına təqdim edə bilərlər.

Qeyd edək ki, hər üç şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb və hər birinin nizamnamə kapitalı 20 manat təşkil edir. “GM Lizinq” MMC-nin qanuni təmsilçisi Elxan Həşimov, “NM Lizinq” MMC-nin Zahid Heydərov, “Universal Lizinq” MMC-nin isə Anar Nəcəfzadədir.