BAKI, 31 mart. TELEQRAF
Hörmüz boğazının bağlanması Körfəz ölkələrinin xərclərini hər gün artırır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzi (TESPAM) tərəfindən hazırlanan Hörmüz Boğazının Bağlanması Ssenarisi və Ölkələrə Təsirləri Təhlilinində bildirilir.
İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyndən Hörmüz boğazı vasitəsilə neft ixracı sutkada 12 milyon barreldən 7 milyon 833 barile düşüb.
TESPAM-ın hazırladığı ssenariyə görə, bu dövrdə sözügedən ölkələr üçün neft gəlirlərinin itkisi 15,275 milyard dollar təşkil edib.
Bu regionlardakı enerji obyektlərində fəaliyyətin dayandırılması və LNG ixracı ilə bağlı problemlər də daxil olmaqla, Körfəz ölkələri üçün ümumi itkilər 50 milyard dolları ötüb.
ABŞ və İsrailin İrana hücumlarından sonra qlobal neft nəqlinin və LNG ticarətinin 20%-i üçün mühüm keçid olan Hörmüz boğazının fəaliyyəti dayandırılıb.