BAKI, 31 mart. TELEQRAF
Bu gün Ağstafa rayonunun bir neçə kəndinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Ağstafa rayonu Köçəsgər avtomatik qazpaylayıcı stansiyadan (AQPS) qidalanan yaşayış məntəqələrində xidmət sahəsi tərəfindən aşkar edilən qaz sızmalarının aradan qaldırılması, korroziyaya uğrayan boruların əvəzlənməsi, daşıyıcı qaz xətti üzərində olan siyirtmələrdə əmələ gələn qaz sızmanın aradan qaldırılması üçün qaz təchizatının dayandırılması zərurəti yaranıb.
"Qeyd olunan işlərin yerinə yetirilməsi üçün bu gün saat 11:00-dan işlər yekunlaşanadək Köçəsgər, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göycəli, Eynallı, Qırılı, Vurğun, Həsənsu, Aşağı Göycəli kəndlərində (5590 abonent) qaz təchizatı dayandırılacaq," - deyə qurumdan qeyd edilib.