BAKI, 31 mart. TELEQRAF
Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1.7000 manat olub.
Teleqraf xəbər verir ki, lirənin manat qarşısında dəyəri 100 lirə üçün 3.82 manata enib.
Avronun məzənnəsi 1.9498 manatda sabit qalıb. 100 rublun məzənnəsi isə 2.0898 manata yüksəlib.