BAKI, 26 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın komandası neftin qiymətinin bir barel üçün 200 dollara yüksəlməsi ssenarisinin mümkün nəticələrini araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən yazıb.
Mənbələrin bildirdiyinə görə, Tramp administrasiyasının rəsmiləri neft qiymətlərində belə kəskin artımın iqtisadiyyata təsirini qiymətləndirir.
Qeyd olunub ki, neftin kəskin bahalaşmasının qtisadi artıma nə dərəcədə zərər verə biləcəyi gərginlik dövrlərində aparılan müntəzəm qiymətləndirmələrin bir hissəsidir. Bu, proqnoz xarakteri daşımır.
Həmçinin bildirilib ki, neftin qiymətinin 200 dollara çatması qlobal iqtisadiyyat üçün ciddi şok ola bilər.