BAKI, 27 fevral. TELEQRAF

Rusiyada “WhatsApp”a qarşı cərimə tətbiq edilib.

Teleqraf xəbər verir ki, Moskva məhkəməsi “WhatsApp” 17 milyon rubl (təxminən 195 min dollar) məbləğində cərimələyib.

Qərarda bildirilib ki, “WhatsApp” Rusiyada qüvvədə olan məlumatların lokallaşdırılması qanununa əməl etmədiyi üçün məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, bundan əvvəl “Spotify” və “LinkedIn” kimi xarici platformalar da oxşar səbəblərdən cərimələniblər.