
BAKI, 19 fevral. TELEQRAF
İlon Maskın sosial media şirkəti "X" investorlarla 44 milyard ABŞ dolları dəyərində maliyyə toplamaq üçün danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məsələ ilə bağlı məlumatlı şəxslərə istinadən məlumat yayıb.
Məlumata görə, yeni maliyyələşdirmə raundu ilə bağlı danışıqlar hələ də davam edir və təfərrüatlar dəyişə bilər.
Qeyd edək ki, Mask əvvəllər “Twitter” kimi tanınan platformanı 2022-ci ildə eyni qiymətə alıb.